Azərbaycan Dövlət Pedaqoji Kollecində tədbir

Azərbaycan Dövlət Pedaqoji Kollecində tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Haqdan gələn səs – Dahi” adlı tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı böyük Zəfərdən bəhs edən videoçarxlar nümayiş olunub.
Kollecin tələbələrinin iştirakı ilə “Haqdan gələn səs – Dahi” adlı tamaşa təqdim olunub. Vətənpərvərlik mövzusunda şeirlər, mahnılar ifa edilib.
Sonra çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb, dahi rəhbərin siyasi irsinin əhəmiyyətini vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər