İçərisində insan əzaları olan 45 torba tapılıb

İçərisində insan əzaları olan 45 torba tapılıb Meksikada itkin düşən 7 nəfər üçün başladılan axtarışlar zamanı içərisində insan əzaları olan 45 torba tapılıb. Xalisko əyalətində itkin düşdüyü bildirilən 7 gəncin tapılması üçün aparılan axtarış işləri zamanı meşədə 40 metrlik ərazidə bir-birindən aralı 45 qara torba tapılıb.
Prokurorluq 45 torbada tapılan cəsəd hissələrinin kişi və qadınlara aid olduğunu açıqlayıb.
Meksika səlahiyyətliləri, hələ mayın 20-də itkin düşdüyü bildirildikdən sonra təxminən 30 yaşlarında olduğu bildirilən 2 qadın və 5 kişi ilə bağlı araşdırma başlatmışdı. Həmin şəxslərin müxtəlif günlərdə növbəli şəkildə eyni çağrı mərkəzində işlədiyi müəyyən edilib.
Bədən hissələri ilə dolu torbaların tapıldığı əyalətdəki çağrı mərkəzindən qanunsuz fəaliyyətlərdə istifadə edildiyi iddia edilən həmin insanlar olub. Bununla belə, həlak olanların yaxınları hakimiyyəti itkin düşən gəncləri cinayət məsuliyyətinə cəlb etmək cəhdində ittiham ediblər.
Son illərdə Xalisko ştatının müxtəlif yerlərində torbalarda və ya işarəsiz qəbirlərdə insan qalıqları tapılmaqdadır.
Xatırladaq ki, 2021-ci ildə ştatın Tonala bələdiyyəsində 11 nəfərin əzalarının olduğu 70-ə yaxın torba aşkar edilmişdi. 2019-cu ildə isə 29 nəfərin cəsədi 119 torbada Zapopanın yaşayış olmayan bir bölgəsində tapılmışdı.

Tehsil-press.az



Oxşar xəbərlər