
İstanbuldan Uludağa gedən alpinistlərin axtarışları yüksək dağlıq ərazidə mürəkkəb meteoroloji şəraitdə aparılır. Otuz saatdan çox davam edən axtarışlar hələ ki nəticə verməyib.
Axtarış-xilasetmə işlərinə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD), Jandarm Qüvvələrinin xüsusi əməliyyat dəstəsinin, Jandarm Axtarış-Xilasetmə Xidmətinin, AKUT Axtarış-Xilasetmə Dərnəyinin və digər qurumların 140 nəfərdən çox heyəti cəlb olunub.
Tehsil-press.az