Ukrayna Avropa Komissiyasına nota verdi

Ukrayna Avropa Komissiyasına nota verdi Ukrayna Rusiya ilə nüvə sənayesində əməkdaşlığın mümkün intensivləşməsi ilə əlaqədar Avropa Komissiyasına etiraz notası göndərib.
Bu haqda Ukraynanın Baş naziri Denis Şmıqal məlumat yayıb.
““Rosatom” Putin rejiminin bir hissəsidir, onun terror hərəkətlərini dəstəkləyir və nüvə obyektlərini təhlükə altına qoyur”, - deyə bildirib.
Baş nazirin sözlərinə görə, Ukrayna Macarıstanda nüvə reaktorlarının tikintisi layihəsinin “Rosatom” tərəfindən həyata keçirilməsi ilə bağlı ilkin qərara yenidən baxılacağını gözləyir.

Tehsil-press.az



Oxşar xəbərlər