UNEC-də xarici dilin tədrisində Almaniya təcrübəsinə əsaslanan təlimlər yekunlaşıb

UNEC-də xarici dilin tədrisində Almaniya təcrübəsinə əsaslanan təlimlər yekunlaşıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi fənlərin tədrisinin təşkili departamentinin təşkilatçılığı ilə “UNEC-də qeyri-ixtisas fənlərinin tədrisində interaktiv metodların tətbiqində beynəlxalq təcrübənin öyrənilməsi”nə dair ikihəftəlik təlimlər yekunlaşıb.
Almaniyanın Boxum Təlim və Təkmilləşdirmə İnstitutunun dosenti, xarici dillərin tədrisi üzrə ekspert Rasim Sadıqovun keçirdiyi təlimlər ixtisasyönümlü xarici dil dərsinin dörd bacarıq üzrə təşkili və B1+ səviyyəsi üzrə imtahan modeli (Almaniya təcrübəsi) mövzularında olub.
Təlimlər zamanı müəllimlər müasir interaktiv metodların tətbiqi, mühazirələrin “Paradoks” metodu ilə keçirilməsi, tələbə biliklərinin “Google Forms” platforması üzərindən yoxlanılması və qiymətləndirilməsi və s. mövzuları mənimsəyiblər.

Tehsil-press.az


Oxşar xəbərlər