Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi və “Hight Result Academy” şirkətinin təşkilatçılığı ilə tələbələrə “Xarici dillərin və veb-proqramlaşdırma biliklərinin keyfiyyətli şəkildə öyrənilməsi” mövzusunda təlimlər keçirilib.“Hight Result Academy”nin mütəxəssisləri Akif Həmişəzadə, Hekmat Amiri və Fəxriyyə İskəndərovanın apardığı təlimlərdə xarici dillərin daha asan üsulla və dərindən öyrənilməsi yolları, veb-proqramlaşdırmanın müasir tələblərə uyğun şəkildə mənimsənilməsi barədə məlumat verilib.
Tədbirdə tələbələrin sualları mütəxəssislər tərəfindən cavablandırılıb.
Tehsil-press.az











