
Bunu rusiyalı tanınmış politoloq Sergey Markov qeyd edib.
O, Surovikinin həbsini aşağıdakı səbəblərdən dolayı yalan ola biləcəyinə işarə edib:
1. Surovikin birbaşa televiziyada Priqojinin üsyanına qarşı çıxış etdi;
2. Kimin günahkar olduğunu müəyyən etməli olan istintaq indicə başlayıb. Çox vaxt aparmayacaq;
3. Surovikin orduda məşhurdur;
4. Surovikin yaxşı peşəkardır və ordunun ona ehtiyacı var;
5. Üsyançıların başçıları azadlıqda ola-ola, onlara qarşı çıxanların həbs edilməsi qəribə olmazdımı?
6. Surovikinin həbsi ilə bağlı mənbələr tam aydın deyil;
7. Dezinformasiyaya maraq açıq-aşkar görünür - üsyan mövzusunu diqqət mərkəzində saxlamaq; hakimiyyət isə bu mövzunu gündəmdən çıxartmağa çalışır ki, daha tez unudulsun.
Qeyd edək ki, Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Sergey Surovikin və onun müavini general-polkovnik Andrey Yudinin vətənə xəyanətdə günahlandırıldığı barədə xəbərlər yayılıb.
Daha sonra Yudin özünün həbs olunduğu barədə xəbərləri təkzib etsə də, Surovikinin harada olmasından xəbərsiz olduğunu bildirib.
Tehsil-press.az