Türkiyə və Misir 10 il sonra qarşılıqlı səfirlər təyin edir

Türkiyə və Misir 10 il sonra qarşılıqlı səfirlər təyin edir Türkiyə və Misir 10 il sonra qarşılıqlı səfirlər təyin edir.
Türkiyənin Qahirədəki səfiri vəzifəsinə Salih Mutlu Şen, Misirin isə Ankaradakı səfiri vəzifəsinə Amr Elhamamy namizəd göstərilib.
Xatırladaq ki, Türkiyə ilə Misir arasında münasibətlər 2013-cü ildə hərbçilər tərəfindən islamçı Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib, bundan sonra tərəflər öz səfirlərini geri çağırıblar. 2021-ci ilin mart ayında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara ilə Qahirə arasında əlaqələrin diplomatik səviyyədə bərpa olunduğunu bəyan edib.

Tehsil-press.az



Oxşar xəbərlər