
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hodgenin məlumat verib.
“Biz Rusiya hökumətini qərarını dərhal yenidən nəzərdən keçirməyə çağırırıq. Moskvanın qərarı ərzaq təhlükəsizliyini pisləşdirəcək və milyonlarla insana zərər verəcək”, - deyə o bildirib.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Qara dəniz razılaşmalarının faktiki olaraq qüvvədən düşdüyünü bildirib.
Tehsil-press.az