Pakistanda baş verən partlayışda ölənlərin sayı 44 nəfərə çatıb
Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində hakim koalisiya partiyası olan İslam Alimləri Assambleyasının qurultayında intiharçının hücumu nəticəsində azı 44 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Bu barədə “Dawn” qəzeti əyalətin səhiyyə naziri Riaz Ənvara istinadən məlumat yayıb.
"Bu, intihar hücumu idi. Terrorçu bilavasitə qurultayın keçirildiyi yerin yaxınlığında özünü partladıb”, - deyə məlumatda qeyd edilib.
Tehsil-press.az
- Baxış: 1098
Xəbərin tarixi: 31.07.2023 / 17:00
-
Oxşar xəbərlər