Abituriyentlərə dəstək məqsədilə “UNECBot” istifadəyə verildi

Abituriyentlərə dəstək məqsədilə “UNECBot” istifadəyə verildi Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçəcək abituriyentlərə dəstək məqsədilə “UNECBot” istifadəyə verilib.
“UNECBot” OpenAI GPT modeli əsasında işləyən süni intelekt platformasıdır. Bu platforma universitetin abituriyentlərə və digər tələbələrə müraciət imkan yaradır və onların suallarına operativ və dəqiqliklə cavab verir. UNEC-in kompüter elmləri ixtisası üzrə təhsilalan tələbələri Bəhram Bəxtiyar, Cavid Cəfərov və Nübar İsrafilov tərəfindən hazırlanan “UNECBot” tələbə müraciətlərinin dərhal cavablandırılması, tələbələrin problemlərinin tez bir zamanda həll olunmasına imkan verir. Süni intellekt tərəfindən avtomatlaşdırılmış proses, insan müdaxiləsinə ehtiyac olmadan işləyir, bu da prosesin effektivliyini artırır. OpenAI GPT modeli kimi qabaqcıl texnologiyalardan istifadə platformanın dəqiqliyini və etibarlılığını təmin edir.
UNEC rəsmi internet səhifəsinə daxil olaraq “UNECBot”u QR kod, link və ya qeydiyyatdan keçməklə rahatlıqla istifadə etmək mümkündür. “UNECBot” ali təhsil müəssisələrinin gələcəkdə tələbə müraciətlərinin cavablandırılması və onlara dəstək olma yollarını yenilikçi və effektiv bir şəkildə təkmilləşdirməsinə kömək edə bilər. Bu layihə, texnologiya və təhsilin birləşdiyi bir nümunədir və təhsil sahəsində böyük bir addımın başlanğıcı ola bilər.
UNECBot tərəfindən verilən cavablar süni intellekt məhsuludur və bəzi hallarda dəqiqləşdirilməyə ehtiyac ola bilər. Tələbələrə və abituriyentlərə məsləhət görülür ki, mühüm qərarlar verdikləri zaman onlara təqdim olunan məlumatların (cavabların) dəstək məqsədli süni intellekt məhsulu olduğunu nəzərə alsınlar.

Tehsil-press.az


Oxşar xəbərlər