BDU tələbələri Heydər Əliyev Mərkəzində

BDU tələbələri Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universiteti (BDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Güclü lider, güclü Azərbaycan” layihəsi çərçivəsində tələbələr Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Ziyarət zamanı tələbələrə Azərbaycan xalqının Ümummilli Lideri, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin zəngin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Mərkəzdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən fotolar, arxiv sənədlərinin surətləri, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir.
Mərkəz dünyada bənzərsiz olması ilə diqqətçəkən məkanlardan biridir.
Qeyd edək ki, “Heydər Əliyev İli”nə həsr olunmuş “Güclü lider, güclü Azərbaycan” layihəsinin həyata keçirilməsində məqsəd gənclərin liderlik keyfiyyətlərinin formalaşdırılması və stimullaşdırılmasıdır.

Tehsil-press.az



Oxşar xəbərlər