BDU-nun nəzdində “Gənc istedadlar” liseyi məzununun uğurları

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi məzununun uğurları Bakı Dövlət Universiteti (BDU) nəzdində “Gənc istedadlar” liseyinin məzunu Murad Novruzov dünyanın nüfuzlu ali təhsil müəssisələri olan Kanadanın MakQil Universitetinin kompüter elmləri ixtisasına qəbul olub.
M.Novruzov, həmçinin Kanadanın Toronto və Britaniya Kolumbiyası universitetləri, Koreyanın Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST) və Belçikanın Löven Katolik Universitetinə qəbul edilib.
M.Novruzov Beynəlxalq Tələbə Təqaüdünün də qalibidir. Onun təhsil aldığı müddətdə alacağı təqaüd məbləği 80 min ABŞ dolları (illik 20 min ABŞ dolları olmaqla) təşkil edir.
Qeyd edək ki, M.Novruzov 2021-ci ildə “Sabahın alimləri” X respublika müsabiqəsində riyaziyyat nominasiyası üzrə II yerə layiq görülüb. O, “Gənc istedadlar” liseyini qızıl medalla bitirib.

Tehsil-press.az



Oxşar xəbərlər