BDU-da “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” mövzusunda Respublika elmi konfransı keçiriləcək

BDU-da “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” mövzusunda Respublika elmi konfransı keçiriləcək Dekabrın 4-5-də Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” mövzusunda Respublika elmi konfransı keçiriləcək.
Konfransda müasir oxucu, onun tipologiyası, informasiya tələbatının ödənilməsi sistemi, mütaliə vərdişlərinin formalaşmasına təsir edən amillər araşdırılacaq. İnformasiya mədəniyyətinin əsas missiyası, mütaliə prosesinin davamlılığı, oxucu məmnunluğunun meyarları kimi aktual istiqamətlər elmi müstəvidə tədqiq ediləcək.
Tədbirdə sənəd və informasiya menecmenti, informasiya logistikası, mütaliə mədəniyyəti, kitabşünaslıq, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, redaktə etmə, kitab sənayesi, müəlliflik hüququ və əlaqəli hüquqlar kimi sahələr üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Konfransda iştirak etmək üçün tezisləri sentyabrın 4-dən noyabrın 6-dək [email protected] ünvanına göndərmək lazımdır. Konfransa göndərilən materiallar antiplagiat proqramı ilə yoxlanılacaq və çap olunacaq.

Tehsil-press.az



Oxşar xəbərlər