Peşə məktəblərinə müəllim və ustaların işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib

Peşə məktəblərinə müəllim və ustaların işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib 2023/2024-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.
Müsabiqə çərçivəsində ümumilikdə müxtəlif peşə təhsili müəssisələri üzrə 142 ixtisas fənn müəllimi və 429 istehsalat təlimi ustası vakansiyası elan olunub.
Onlayn formada portal.edu.az portalı vasitəsilə qeydiyyatdan keçən 2519 namizəddən 1962 nəfəri müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb. İmtahanda iştirak edən 1409 namizəd vakant yerlər uğrunda mübarizə aparıb. Doxsan dəqiqə davam edən imtahanda iştirakçılar ixtisas, tədris metodikası və məntiqə aid suallardan ibarət test tapşırıqlarını cavablandırıblar.
Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə sentyabrın 15-dək aparılacaq.

Tehsil-press.az



Oxşar xəbərlər