Co Baydenin yaşı demokratlar partiyasının tərəfdarlarında narahatlıq doğurur

Co Baydenin yaşı demokratlar partiyasının tərəfdarlarında narahatlıq doğurur ABŞ-ın demokratlar partiyasının tərəfdarları dövlət başçısı seçkilərində Co Baydenin yaş faktoru ilə əlaqədar Donald Trampa yenidən qalib gələ bilməyəcəyindən narahatdır.
Bu barədə partiyanın 30 üzvü ilə söhbətləşən “The Washington Post” qəzeti məlumat yayıb.
Ekspertlər 80 yaşlı Co Baydenin aşağı reytinqinin 2024-cü ilədək yüksəlməsini inandırıcı saymır. Nəşrin həmsöhbətləri ABŞ Prezidentinin yaşını əsas narahatlıq mənbəyi hesab edirlər. Onların sözlərinə görə, Baydenin perspektivi seçicilərini yaşın həlledici olmadığına inandıra bilməsindən asılı olacaq.
Bir müddət öncə “The Wall Street Journal” qəzeti amerikalı seçicilərin əksəriyyətinin Co Baydeni ikinci müddətə seçilmək üçün “həddən artıq yaşlı” hesab etdiyini yazıb. Qəzetin keçirdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin 73 faizi hazırkı prezidentin ikinci seçkilərdə iştirak üçün “çox qoca” olduğunu düşünür, 36 faizi isə onu yenidən seçilmək üçün yararlı hesab edir. Eyni zamanda, rəyi soruşulan amerikalıların 47 faizi yenidən prezident seçilmək istəyən Donald Trampın da bu vəzifə üçün qoca olduğunu düşünür.
Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib. Aprelin 25-də Co Bayden ikinci müddətə dövlət başçısı seçilmək üçün çalışacağını deyib, Donald Tramp isə ötən ilin noyabrında prezident postu uğrunda mübarizəyə başladığını elan edib.

Tehsil-press.az



Oxşar xəbərlər