
Müsabiqə Çin Xalq Respublikasının yaranmasının 74-cü ildönümünə həsr olunub. Müsabiqəyə Azərbaycan, Çin, ingilis və rus dillərində yazılmış fərdi inşalar qəbul edilir.
İnşalar ədəbi-bədii məzmununa və orijinallığına əsasən qiymətləndiriləcək. İnşalar qiymətləndirilərkən Çin dili biliyinin səviyyəsi də nəzərə alınacaq. Müsabiqə iştirakçılarının işləri oktyabr ayının 30-dək [email protected] elektron poçt ünvanında qəbul edilir. Qaliblər üç dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirmək, Çin siyasi tarixinə marağı dəstəkləməkdir.
Tehsil-press.az