“İndi Bəxtiyar sağ olsaydı, deyərdi, qaytar evimi” - Xoşbəxt Yusifzadənin səmimi xatirəsi

“İndi Bəxtiyar sağ olsaydı, deyərdi, qaytar evimi” - Xoşbəxt Yusifzadənin səmimi xatirəsi Ötən gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəfat edib.
93 yaşında dünyasını dəyişən alim 90 illik yubileyində Bakı-Pirşağı elektrik qatarları ilə bağlı maraqlı xatirəsini bölüşmüşdü.
X. Yusifzadə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın da iştirak etdiyi bu mərasimdə gənclik illərindəki hadisəni danışıb:
“Neft Daşlarında işləyirdim. Amma xanımım hər gün kənddən şəhərə gedib-gəlirdi, özü də o vaxt yollar Pirşağıda bir kökdə idi. Gördüm bu yazıq lap əziyyət çəkir. İdarə rəisim Bəxtiyar Məmmədova ərizə yazdım. Dedim ki, Bəxtiyar Mamedoviç, ya Pirşağıya “elektriçka” çəkdir, ya da mənə ev ver. O da bir az fikirləşib dedi ki, “elektriçka” çəkdirə bilmərəm, amma sənə ev verərəm… O gün cənab İlham Əliyev Pirşağıya “elektriçka” ilə gəldi. Mən gördüm bu “elektriçka”nı, dedim, ay Xoşbəxt, 60 ildən sonra sənin “elektriçkan” gəldi Pirşağıya… İndi Bəxtiyar sağ olsaydı, deyərdi qaytar evimi”.

Tehsil-press.az


Oxşar xəbərlər