Ermənipərəst senatorun həyat yoldaşı qətldə ittiham olunur

Ermənipərəst senatorun həyat yoldaşı qətldə ittiham olunur Erməniyönlü senator Robert Menendezin həyat yoldaşı Nadin Arslanyan piyadanı vuraraq öldürüb, lakin cinayət təqibindən yayınıb.
Ölümlə nəticələnən qəza 2018-ci ilin dekabrında Nyu Cersi ştatının Boqota şəhərində baş verib, lakin medianın diqqətini cəlb etməyib və heç bir ittihamla nəticələnməyib.
Avtomobili senator Robert Menendezin gələcək həyat yoldaşı Nadin Arslanyan idarə edirdi.
Daha sonra o, polisə bildirib ki, avtomobil yolu keçmək üçün onun qarşısından yola çıxan kişini görməyib. Qəza nəticəsində 49 yaşlı Riçard Koop dünyasını dəyişib. Bergen İlçe Tibbi Ekspertizasına görə, onun cəsədi yolun kənarına atılıb və pis şəkildə parçalanıb.
Qısa sorğu-sualdan sonra polis maşında tək olan Nadin Arslanyanın (Menendez) günahı olmadığı qənaətinə gəlib. O, çağırış olmadan buraxılıb.
The New York Times qeyd edir ki, bəzi faktlar, bu cinayətin polis tərəfindən susdurulduğunu düşünməyə əsas verir. Belə ki, polisin verdiyi məlumata görə, Nadine Arslanian qəzadan sonra narkotik və ya spirt üçün yoxlanılmayıb və R.Koopun yaxınlıqdakı xəstəxanada öldüyü elan edilməzdən bir qədər əvvəl ona hadisə yerini tərk etməyə icazə verilib.

Tehsil-press.az


Oxşar xəbərlər