UNEC tədqiqatçıları “Dünyanın ən nüfuzlu elm adamları” siyahısında yer alıblar

UNEC tədqiqatçıları “Dünyanın ən nüfuzlu elm adamları” siyahısında yer alıblar Amerikanın Stanford Universitetinin hazırladığı “Dünyanın ən nüfuzlu elm adamları” reytinq sıralaması açıqlanıb.
Dünya elm adamlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hazırlanan siyahıda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi Klinika Tədqiqat Mərkəzinin tədqiqatçısı dosent Uğur Korkut Pata, Tədqiqat Metodlarının Tətbiqi Mərkəzinin tədqiqatçısı dosent Mücahit Aydın və Empirik Tədqiqatlar Mərkəzinin tədqiqatçısı dosent Şəhriyar Muxtarov da yer alıblar.
Qeyd edək ki, Stanford Universitetinin reytinqləri “Elsevier”in “Scopus” verilənlər bazasına əsaslanır.

Tehsil-press.az



Oxşar xəbərlər