İsrail Qəzza zolağına zərbə endirdi

İsrail Qəzza zolağına zərbə endirdi İsrail aviasiyası, fələstinlilərin sərhədin əks tərəfində yanğın təşkil etmək məqsadilə buraxdığı yanan balonlara cavab olaraq, Qəzza zolağında Həmas hərəkatının infrastruktur xəttlərinə hücum təşkil edib. Bu haqda yerli mətbuat İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verib.
Martın sonundan etibarən İsrail ilə Qəzza zolağının sərhədi boyunca fələstinlilərin etiraz aksiyalarının başlanması ilə yanacaq və ya partlayıcı maddələri olan toplar şəklində yeni bir təhlükə ortaya çıxıb.
Qurğuların primitivliyinə baxmayaraq, həmin balonlar geniş əkin və meşə sahələrini yandıraraq İsrailə milyonlarla dollar ziyan vurub.

Tehsil-press.az

Oxşar xəbərlər