Bağça müəllimi olmaq istəyənlər üçün sənəd qəbulu sabah yekunlaşır

Bağça müəllimi olmaq istəyənlər üçün sənəd qəbulu sabah yekunlaşır Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi oktyabrın 12-də başa çatacaq.
Müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın 12-si saat 11:00-dək www.miq.edu.az-a daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər