“Qırğızıstanda Prezident Əliyevlə görüşəcəyəm” - Putin

“Qırğızıstanda Prezident Əliyevlə görüşəcəyəm” - Putin Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda keçiriləcək MDB sammitində Azərbaycan lideri İlham Əliyevlə görüş keçirməyi planlaşdırır.
Putin bu haqda Rusiya Enerji Həftəsinin plenar iclasında danışıb.
“Mən MDB-nin Qırğızıstanda keçiriləcək sammiti çərçivəsində Prezident Əliyevlə görüşəcəyəm”, - Rusiya lideri bildirib.
Putinin sözlərinə görə, ölkə liderləri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tikintisini müzakirə etməyi planlaşdırır.

Tehsil-press.az



Oxşar xəbərlər