Milli Məclisin deputatı BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə mühazirə oxuyub

Milli Məclisin deputatı BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə mühazirə oxuyub Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.
Fakültənin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev qonağı təqdim edərək görüşün əhəmiyyətini vurğulayıb.
“Media və siyasət” fənninin qonağı olan deputat 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tələbələrə mühazirə oxuyub. O, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənədin - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən, şanlı günün tarixindən danışıb.
Elşad Mirbəşiroğlu qeyd edib ki, 44 günlük Vətən müharibəsi və birgünlük lokal antiterror tədbirlərindən sonra bu əlamətdar tarixi gün yeni əhəmiyyət kəsb edib. Regionda baş verən hadisələrə diqqət çəkən qonaq bütün bu münaqişələr fonunda Azərbaycanın milli maraqlara söykənən uğurlu və dayanıqlı xarici siyasət həyata keçirdiyini vurğulayıb. Elşad Mirbəşiroğlu Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsi apardığını qeyd edərək, gənclərin, xüsusilə də tələbə-jurnalistlərin üzərinə böyük vəzifə düşdüyünü bildirib.
Fakültə rəhbərliyi və professor-müəllim heyətinin də iştirak etdiyi görüşün sonunda deputat tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Tehsil-press.az



Oxşar xəbərlər