
Ekskursiyada Latviya, Estoniya və Finlandiyanın təhsil qurumlarının, şirkət və universitetlərin nümayəndələri iştirak ediblər. İştirakçılar ADNSU və Azərbaycan-Fransız Universitetinin (UFAZ) auditoriyaları ilə tanış olublar.
Sonra Heydər Əliyev lektoriyası ilə tanış olan nümayəndə heyətinə Ümummilli Lider Heydər Əliyevin zəngin irsi haqqında məlumat verilib.
Qonaqlar ADNSU-nun zəngin mineral eksponatların toplandığı Mineralogiya Muzeyini ziyarət edib, muzeyin direktoru, dosent Ağamehdi Ağayev mineralların adı, kimyəvi tərkibi və tapıldığı yataqlar barədə məlumat verib.
Tehsil-press.az