
Bu gün axşam saatlarında sahilyanı rayonlara çatması gözlənilən qasırğanın mərkəzində küləyin sürəti saatda 150 kilometrə, dalğaların hündürlüyü isə 10 metrə çata bilər.
Hakimiyyət orqanları Atlantik okeanı və La-Manş boğazı sahillərində yerləşən rayonlarda daşqın riski barədə xəbərdarlıq edib. Əlverişsiz hava şəraitinin ən çox Bretan, Normandiya, O-de-Frans bölgələrinə, həmçinin ölkənin mərkəzi hissələrinə, o cümlədən Paris regionuna təsir edəcəyi proqnozlaşdırılır.
Sinoptiklərin məlumatına görə, Fransanın bəzi rayonlarında güclü külək və leysan yağışları noyabrın 2-dək davam edəcək.
Tehsil-press.az