Dekan: İndiki gənclər Zəfər Gününün sevincini yaşadıqları üçün çox xoşbəxtdirlər

Dekan: İndiki gənclər Zəfər Gününün sevincini yaşadıqları üçün çox xoşbəxtdirlər Bakı Slavyan Universitetində (BSU) Xarici dil müəllimliyi fakültəsinin nəzdində Alman filologiyası kafedrasının təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Alman filologiyası kafedrasının müəllimi Nurlana Dadaşova bildirib ki, tədbirin məqsədi tələbələrin tariximizi daha dərindən öyrənmələri və onların vətənpərvər ruhda tərbiyə edilməsidir.
Xarici dil müəllimliyi fakültəsinin dekanı Güney Məhərrəmova qeyd edib ki, 8 Noyabr - Zəfər Günü xalqımız üçün böyük tarixi-siyasi əhəmiyyət kəsb edir. İndiki gənclər Zəfər Gününün sevincini yaşadıqları üçün çox xoşbəxtdirlər.
Tədbirdə fakültədə alman dili müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri alman dilində dialoq formasında Vətən, xalq, dövlət, bayraq barədə fikirlərini bölüşüblər, Vətən müharibəsinə və Zəfər Gününə həsr olunmuş şeirlər söyləyiblər, şəhidlər haqqında təqdimatla çıxış ediblər. Həmçinin “Xudayar təsnifi” səsləndirilib.

Tehsil-press.az



Oxşar xəbərlər