Tələbələr xarici dillərdə dövlət bayrağımızın tarixi haqqında məlumat veriblər

Tələbələr xarici dillərdə dövlət bayrağımızın tarixi haqqında məlumat veriblər Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültə dekanı, dosent Gültəkin Əliyeva Dövlət Bayrağı Gününün xalqımızın tarixində xüsusi bir gün kimi qeyd olunduğunu bildirib, iştirakçıları bayram münasibətilə təbrik edib.
Filologiya və xarici dil müəllimliyi fakültəsində təhsil alan tələbələr Azərbaycan, rus, ingilis, alman, fransız dillərində dövlət bayrağımızın tarixi haqqında məlumat veriblər.
Tədbirdə dövlət bayrağımızın tarixi ilə bağlı videoçarx nümayiş olunub. Sonra tələbələr vətənpərvərlik ruhunda şeir və mahnılar səsləndiriblər.

BSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər