Azərbaycanda ilk dəfə Təhsil Menecerləri Forumu keçiriləcək

Azərbaycanda ilk dəfə Təhsil Menecerləri Forumu keçiriləcək Yerli və xarici təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə 20 nömrəli məktəbdə Təhsil Menecerləri Forumu keçiriləcək.
Forumda Hədəf STEAM Liseyinin qurucusu Şəmil Sadiq, Kipr Universitetlər Birliyinin rəhbəri Salman Arslanbaş, Milli Məclisin deputatı Ceyhun Məmmədov, professor Hamlet İsaxanlı, “Azərbaycan İnsan Resursları Assosiasiyası” İctimai Birliyinin təsisçisi Nərgiz Seyidzadə, Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov, “CIBS Europe” təlim mərkəzinin təsisçisi Təbriz Hacınski, Bakı Şəhəri üzrə Təhsil İdarəsində Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, biznes məsləhətçisi Fəxri Ağayev, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev, təlimçi Fərid Seyfullayev, 291 nömrəli Ekologiya liseyinin direktoru Arif Əsədov çıxış edəcəklər.
Jurnalist Orxan Cabbarlının moderatorluğu ilə “Uğurlu təhsil konsepsiyaları”, “Təhsildə idarəetmənin strategiyası”, “Məktəb idarəetməsindəki yanlışlıqlar”, “Yeni nəslə yeni təhsil”, “Təhsilin onlayn idarəedilməsi və rəqəmsallaşma”, “Metamən” mövzularında panel müzakirələri aparılacaq, təhsil sistemi və xidmətlərinin effektiv təşkili, kadrların idarə olunması, təhsildə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli tədris, yeni dünyaya inteqrasiya istiqamətində doğru bildiyimiz yanlışları müəyyənləşdirmək, dövlət və özəl təhsil müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da möhkəmləndirilməsi kimi aktual məsələlərə toxunulacaq.
Təhsil forumu direktorlar, direktor müavinləri, müəllimlər və başqa bütün təhsillə maraqlananlar üçün nəzərdə tutulub.
Sonda bütün iştirakçılara sertifikat veriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər