
Sentyabrın 22-də bu uşaqlar üçün ilk zəng çalınıb. Onlar məktəb həyatına başlayaraq cəmiyyətə inteqrasiyaya və təhsildə tam potensiallarını reallaşdırmağa doğru daha bir addım atıblar.
Qeyd edək ki, məktəblərdə inklüziv siniflər Təhsil İnstitutunun Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi çərçivəsində təşkil edilib. Layihənin məqsədi inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələri şəbəkəsini genişləndirərək Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək olmaq və inklüziv təhsil sahəsində məktəblərdə kadr potensialını artırmaqdır.
Tehsil-press.az