
Tədbirdə filialın struktur rəhbərləri, Şahdağ Milli Parkının müdir müavini Rəvayət Nəzərov, elmi işçisi Şahbala Salmanov, şəhid Yaşar Xudayevin atası Əli Xudayev, şəhid İxtiyar Bayramovun atası Bayram Bayramov, qazilər İsmət Əhmədov, Məhəmməd Əzizov, Mayıl Zahirov və tələbələr iştirak edib.
Çıxış edən şəhid ailələri və qonaqlar filialda Vətən müharibəsi şəhidlərinin xatirəsinin yaşadılması istiqamətində görülən işlərin mənəvi dəstək olduğunu qeyd edərək belə təşəbbüskarlığa və vətənpərvərliyə görə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, açılan yol, göstərilən nümunə burada yetişdirilən gələcəyin müəllimlərinin yollarına işıq saçan bir məşəldir.
Tehsil-press.az