ADPU-nun şəhid məzunu Firdovsi Tahirovun ailəsi ziyarət olunub

ADPU-nun şəhid məzunu Firdovsi Tahirovun ailəsi ziyarət olunub Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məzun koordinasiya və karyera bölməsinin müdiri Könül Əsgərova universitetin Vətən müharibəsində şəhid olan 11 məzunundan biri Firdovsi Tahirovun ailəsini ziyarət edib. Qeyd edək ki, Firdovsi 2015-2019-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Tarix müəllimliyi" ixtisası üzrə ali təhsil alıb. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanan F.Tahirov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Lerik rayonunun Dico kəndində dəfn olunub. Tələbəlik zamanından öz vətənpərvərliyi ilə seçilən şəhidimiz döyüşlərdəki xüsusi şücaətlərinə görə ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Əslən Lerikin Dico kəndindən olan ailə hazırda Binə qəsəbəsində yaşayır. Ziyarət zamanı şəhidin ailəsi ilə həmsöhbət olan bölmə müdiri K.Əsgərova şəhid atası Balaxan kişiyə universitet rəhbərliyi və elmi-pedaqoji heyəti adından belə cəsur və nümunəvi övlad tərbiyə etdiyi üçün təşəkkürünü bildirərək dərin ehtiramını bildirib. Bölmə müdiri ADPU rəhbərliyi adından ailəyə maddi yardım təqdim edərək universitetin bütün şəhid məzunları ilə fəxr etdiyini, maddi və mənəvi olaraq həmişə onların ailələri ilə həmrəy olduğunu bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər