Noyabrın 24-ü saat 19:00-da “Yeni çağırışlar” müzakirə proqramında UNICEF-in baş ofisinin təhsil və yeniyetmələrin inkişafı üzrə direktoru Robert Cenkins qonaq olacaq.
Robert Cenkins ilə “Təhsil gözləyə bilməz” mövzusunda danışılacaq.
1995-ci ildə karyerasına UNICEF-də mütəxəssis kimi başlayan Robert Cenkins Afrika, Asiya və Yaxın Şərqdə beynəlxalq inkişaf və humanitar proqramlaşdırma sahəsində 20 ildən çox təcrübəyə malikdir.
2014-2019-cu illərdə UNICEF-in İordaniya nümayəndəsi, 2009-2014-cü illərdə isə UNICEF-in baş ofisində Siyasət və strategiya departamentin direktor müavini vəzifələrində çalışıb.
Həmçinin UNICEF-in Uqanda (1995-1997), Banqladeş (1997-2000), Myanma (2000-2003), Hindistan (2003-2006) və Mozambikdəki nümayəndəliklərində (2006-209) rəhbər vəzifələrdə təmsil olunub.
Robert Cenkins “Təhsil üzrə qlobal tərəfdaşlıq”, “Təhsil gözləyə bilməz” qlobal təhsil monitorinqi hesabatı daxil olmaqla bir neçə şurada fəaliyyət göstərir.
Qeyd edək ki, proqram Elm və Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən “T-Network”ün rəhbəri Cəfər Mənsiminin təqdimatında Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.
Tehsil-press.az