Vilayət Vəliyev: "Ordulu Texnologiya" şirkəti Azərbaycan Texniki Universiteti Tədqiqat Mərkəzində fəaliyyətə başlayır

Vilayət Vəliyev: Türkiyənin “Bilişim Vadisi” texnoparkı ölkədə çox ciddi və əhəmiyyətli bir texnoparkdır. “Bilişim Vadisi Bakı” Azərbaycan Texniki Universitetində fəaliyyət göstərir.
Bu barədə Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev jurnalistlərə açıqlamasında deyib. V.Vəliyev qeyd edib ki, "Bilişim Vadisi Bakı”da bir sıra resident şirkətlər var. Bu şirkətlər Türkiyənin müdafiə sənayesi üçün çox önəmli şirkətlərdir və bunlardan biri də “Ordulu Texnologiya” şirkətidir. "Süni intellekt və kibertəhlükəsizlik üzrə sektor görüşündə Azərbaycanın müxtəlif universitetlərində sənaye müəssisələrindən, o cümlədən müdafiə sənayesi müəssisələrdən iştirakçılar var. Bugünkü tədbirdə “Ordulu Texnologiya” şirkətinin təqdimatının baş tutacağı sektor görüşündə çox ciddi məsələlər müzakirə olunacaq. Əsas hədəfimiz “Ordulu Texnologiya”nın Azərbaycan Texniki Universitetində və Azərbaycanın digər universitetlərində elm və texnologiya sahəsində olan istiqamətlərə bir impuls verməsi və bu istiqamətdə olan yenilikləri ortaya çıxarmasıdır. Bu, həm tələbələrimizin, xüsusilə magistr və doktoranturada təhsil alan tələbələrimizin gələcəkdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə təşkil olunacaq təcrübə mübadiləsi və təlimlərdə iştirakı baxımından da faydalı olacaq. “Bilişim Vadisi Bakı” artıq Azərbaycan Texniki Universitetində fəaliyyət göstərir. Azərbaycanın bütün universitetlər üçün qapıları açıqdır. Bir ay bundan öncə burada “DIGIAGE - Bakı” rəqəmsal oyun düşərgəsi keçirildi. Azərbaycanın bir neçə startapları yarışmada seçilərək “Bilişim Vadisi Bakı”nın İnkubasiya Mərkəzində fəaliyyət göstərəcək və bu startaplara investisiya ayrılıb.
“Eyni zamanda, bu istiqamətdə tələbələrin, xüsusilə magistratura və doktoranturada təhsil alan tələbələrin gələcəkdə iki ölkə arasında baş tutacaq müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi və təlimlərdə iştirakı baxımından da faydalı olacaq. Burada artıq əməkdaşlıq başlayıb. Belə ki, "Bilişim Vadisi Bakı" artıq Azərbaycan Texniki Universitetində bir müddətdir ki fəaliyyətə başlayıb. Azərbaycanın bütün universitetləri üçün qapılar açıqdır. Bir ay bundan öncə digər bir proqram burada fəaliyyətə başladı. Azərbaycanın bir neçə startapı burada iştirak edirdi və onlar "Bilişim Vadisi"ndə iştirak hüququ qazandılar. Həmçinin bizim "Ordulu Texnologiya" ilə ciddi əməkdaşlığımız var və bu əməkdaşlıq uğurla davam edir", - deyə V.Vəliyev əlavə edib.

Tehsil-press.az



Oxşar xəbərlər