“MEDİAlab” layihəsi çərçivəsində BDU-nun 13 tələbəsi mükafatlandırılıb

“MEDİAlab” layihəsi çərçivəsində BDU-nun 13 tələbəsi mükafatlandırılıb Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “MEDİAlab” layihəsi çərçivəsində “Yeni media mühitində təhsil və məşğulluq imkanları” adlı hesabat konfransı keçirilib.
Tədbir çərçivəsində istedadlı və təşəbbüskar gənclərin seçilməsi, müvafiq istiqamətlər üzrə potensial kadrların müəyyənləşdirilməsi məqsədilə Medianın İnkişafı Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsinin nəticələri açıqlanıb, qalib seçilən 20-yə yaxın gəncə mükafatlar təqdim edilib.
BDU-nun tələbələri Nəzrin Xankişiyeva, Türkan Nəcəfova, Nəzrin Süleymanova, Mahmud Yaqub, Üzeyir Xəlilov, Ləman Cavadova, Çimnazxanım Qəzənfərli, Aygün Mustafayeva, Xanlar Əlibəy “Onlayn qəzet”, Tərlanə Abdullayeva isə “Reportaj” nominasiyaları üzrə mükafatlara layiq görülüblər.
Konfransın sonunda layihənin əsas tərəfdaşları olan ali təhsil müəssisələrindən əlaqələndirici şəxslərə ümumi layihənin təşkilində göstərdikləri dəstək, bu sahənin inkişafına verdikləri töhfəyə və səmərəli əməkdaşlığa görə, layihə çərçivəsində seçilən MEDİA səfirlərinə isə fəal iştiraklarına görə təşəkkürnamələr təqdim edilib. BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva, BDU-da MEDİA səfirləri seçilən Cəmilə Cəfərzadə, Əli Mehdili və Südabə Məmmədovaya təşəkkürnamələr verilib.

Tehsil-press.az



Oxşar xəbərlər