KXDR Qvineya və Seneqaldakı səfirliklərini bağlayıb

KXDR Qvineya və Seneqaldakı səfirliklərini bağlayıb Şimali Koreya daha iki ölkədə - Qvineya və Seneqalda səfirliklərini bağlamaq məcburiyyətində qalıb.
Şimali Koreyanın xaricdəki diplomatik nümayəndəliklərinin sayı azalaraq 46-ya enib. Pxenyan indiyədək Anqola, Banqladeş, Qvineya, İspaniya, Nepal, Seneqal və Uqandadakı səfirliklərini, həmçinin Honkonqdakı konsulluğunu bağlayıb.
KXDR Qvineya və Seneqal ilə diplomatik əlaqələrini müvafiq olaraq 1969 və 1972-ci illərdə qurub. Cənubi Koreya hakimiyyətinin fikrincə, Pxenyanın səfirliklərini bağlaması KXDR-ə qarşı beynəlxalq sanksiyaların iqtisadi təsiri ilə əlaqəlidir.
Qeyd edək ki, bir müddət öncə Yaponiya mediası Pxenyanın 10-dan çox diplomatik missiyasını bağlamaq niyyətində olduğu barədə məlumat yaymışdı.

Tehsil-press.az


Oxşar xəbərlər