
“Gələcəkdə hansı həyasız fikirlərlə qapını döyəcəklərini bilmirəm, amma mən açıq şəkildə bildirirəm ki, biz onlarla heç vaxt məşğul olmayacağıq” -deyən Kim Yo-jonq Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Cənubi Koreya prezidenti Yun Seok-yeolun təşəbbüsünü “axmaqlığın zirvəsi” adlandırıb.
Xatırladaq ki, Cənubi Koreya prezidenti KXDR-in nüvəsizləşdirilməsi üçün addımlar atacağı təqdirdə Seulun iqtisadiyyatını mərhələli şəkildə yaxşılaşdırmaq üçün “cəsarətli planını” həyata keçirəcəyinə dair seçki vədini təsdiqləyib.
Qeyd edək ki, bir müddət bundan əvvəl Pxenyan BMT-nin baş katibi Antonio Quterreşi KXDR-in nüvəsizləşdirilməsi ilə bağlı bəyanatlarına görə tənqid edib.
Bu arada Şimali Koreya lideri Kim Çen In isə Şimali Koreyanın istənilən an "nüvə qarşısının alınması qüvvələrini" səfərbər etməyə hazır olduğunu bildirib.
Tehsil-press.az