
İqlim dəyişikliyi probleminə qarşı mübarizə aparan bir qrup gənc bazilikanın qarşısında etiraz aksiyası keçirib. İqlim fəalları su və gil qarışığını kilsənin divarlarına atıblar. San-Marko Bazilikasının cənub fasadına və kolonnasına ziyan dəyib.
Aksiya iştirakçıları dəniz səviyyəsinin yüksəlməsi səbəbindən şəhərin risk altında olduğuna diqqət çəkiblər. Onlar “Venesiya tezliklə sular altında qalacaq”, “Venesiya palçığa qərq olacaq və biz öləcəyik” kimi şuralar səsləndiriblər. Polis aksiyaya müdaxilə edərək 6 nümayişçini saxlayıb.
Qeyd edək ki, Venesiya dünyanın ən gözəl şəhərləri siyahısında ilk pillələrdə yer alır. UNESCO şəhərin təhlükədə olan dünya irsi siyahısına salınmasını tövsiyə edir.
Tehsil-press.az