ATMU “Global” şərab turizm təşkilatı ilə əməkdaşlıq edəcək

ATMU “Global” şərab turizm təşkilatı ilə əməkdaşlıq edəcək “Global” şərab turizm təşkilatının rəhbəri Jose Antonio Vidal Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.
Görüşdə rektor İlham Mədətov Azərbaycanda şərabçılığın inkişafını şərtləndirən amillər sırasında ixtisaslı kadr hazırlığının təşkili prosesində rəhbərlik etdiyi ali təhsil müəssisəsinin maraqlı olduğunu söyləyib.
Rektor ATMU-nun əsas fəaliyyət istiqamətləri və hədəfləri, Strateji Yol Xəritəsi, şərab marşrutları, o cümlədən bu ilin noyabrında Şamaxıda keçirilmiş İkinci Üzüm və Şərab Festivalı barədə məlumat verib.
ATMU-nun Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev müvafiq ixtisas tələbələrinə qastronomiya və şərabçılıq turizmi, şərab və qıcqırtma məhsullarının istehsal texnologiyası fənlərinin tədris edildiyini, praktik dərs-məşğələlərin vaxtaşırı Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda keçirildiyini bildirib.
Joze Antonio Vidal “Global” şərab turizm təşkilatının fəaliyyətində şərab istehsalı üzrə ixtisaslaşan regionların tanıdılması, müvafiq tədbirlərin təşkili, o cümlədən şərab destinasiyası təbliğinin əks olunduğunu diqqətə çatdırıb.
Görüş çərçivəsində yeni proqramların işlənməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, turizm kurslarının təşkili, adıçəkilən təşkilat tərəfindən planlaşdırılan tədbirlərdə ATMU əməkdaşlarının yaxından iştirakı məsələləri müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər