Monqolustan ət ixracından 2023-cü ildə 260 milyon dollar gəlir əldə edib
Monqolustanın ət ixracı gəlirləri 2023-cü ildə 260 milyon ABŞ dollarına çatıb. Bu barədə cümə günü ölkənin Qida, Kənd Təsərrüfatı və Yüngül Sənaye Nazirliyi məlumat yayıb.
Məlumata görə, Monqolustandan ət ixracı 2022-ci illə müqayisədə 4 dəfə artıb.
Monqol ətinin əsas idxalçıları Çin, Qazaxıstan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, İran, Qətər, Vyetnam və Rusiyadır.
2023-cü ildə Monqolustanın 25 ət emalı müəssisəsi xüsusi ixrac lisenziyası alıb.
Tehsil-press.az
- Baxış: 1260
Xəbərin tarixi: 18.12.2023 / 12:25
-
Oxşar xəbərlər