Çinin şimal-şərqindəki Heyloncian vilayətində kömür şaxtasında baş verən qəza nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Qəza Cisi şəhərinin Henşan rayonu ərazisində yerləşən şaxtada yerli vaxtla saat 15:50-də baş verib. Mədəndə yük daşıyan nəqliyyat vasitəsi maili hissədə qəzaya uğrayıb.
Yaralılar xəstəxanalara yerləşdirilib. Hadisənin başvermə səbəbləri araşdırılır.
Tehsil-press.az







