Xəzər Universitetinin Çin Tədqiqatları Mərkəzinə kitablar hədiyyə edilib

Xəzər Universitetinin Çin Tədqiqatları Mərkəzinə kitablar hədiyyə edilib Çinin Hebey Pedaqoji Universitetinin nümayəndə heyəti Xəzər Universitetində olub.
Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı Xəzər Universitetinin tarixi, inkişaf konsepsiyası, Çinin ali təhsil ocaqları ilə əlaqələri barədə məlumat verib. Xəzər Universitetinin Çinlə təhsil və elmi əlaqələrinə xüsusi önəm verdiyini vurğulayan Hamlet İsaxanlı təhsil və elm sahəsində əməkdaşlığın daha da dərinləşməsi, Azərbaycanda çinşünaslıq elminin inkişafı, ümumilikdə Azərbaycan-Çin humanitar əlaqələrinə töhfələr vermək məqsədilə 2022-ci ildə Xəzər Universitetində Çin Tədqiqatlar Mərkəzinin yaradıldığını bildirib.
Çin nümayəndə heyətinin rəhbəri, Hebey Pedaqoji Universitetinin partiya katibi Day Cienbinq Xəzər Universitetinin Çin ilə təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib, bu əlaqələrin daha da genişlənməsi üçün rəhbərlik etdiyi universitetin hər bir dəstək verməyə hazır olduğunu vurğulayıb.
Sonra Xəzər Universiteti və Hebey Pedaqoji Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Qonaqlar Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzində olub, mərkəzə Çin mədəniyyəti, tarixi və iqtisadi inkişafı haqqında müxtəlif kitablar hədiyyə ediblər.
Mərkəzin həyata keçirdiyi “Çin indiki zamanda” adlı silsilə məruzələr çərçivəsində tələbələr üçün növbəti seminar keçirilib. Professor Day Cianbinq “Çinin mədəniyyətinin tarixi, irsi və gələcəyi” mövzusunda çıxış edib.

Tehsil-press.az



Oxşar xəbərlər