Azərbaycan Turizm və Menecment Universitetində Keyfiyyət Təminatı Komissiyası yaradılıb

Azərbaycan Turizm və Menecment Universitetində Keyfiyyət Təminatı Komissiyası yaradılıb Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bütün istiqamətlər üzrə keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədilə Keyfiyyət Təminatı Komissiyası yaradılıb.
Komissiyanın fəaliyyətinin əsas məqsədi mümkün qədər daha çox maraqlı tərəfin iştirakı ilə universitetdə keyfiyyətin yüksəldilməsi istiqamətindəki fəaliyyətlərin gücləndirilməsidir.
Cari tədris ilində fəaliyyətə başlamış komissiyanın iclası keçirilib. İclasda ATMU-nun strateji inkişaf üzrə prorektoru Araz Aslanlı çıxış edərək komissiyanın yaradılmasının məqsədi və komissiyadan gözləntilər barədə məlumat verib. O, komissiya üzvü kimi fəaliyyət göstərən bütün şəxslərə universitet rəhbərliyi adından təşəkkürünü bildirib.
Daha sonra iclasda komissiyanın fəaliyyət planı və gündəlikdəki digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, Keyfiyyət Təminatı Komissiyası beynəlxalq təşkilatların, turizm sənayesinin və ixtisaslaşmış QHT-lərin (ən az bir üzv ATMU-nun məzunlarından olmaqla), Dövlət Turizm Agentliyinin, ATMU-nun Keyfiyyət təminatı şöbəsinin və professor-müəllim heyətinin nümayəndələrindən, eləcə də universitetin Tələbə Gənclər Təşkilatının sədrindən ibarətdir. Komissiyanın sədri Norveç Krallığının “DNV” şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Aydın Ağayevdir.

Tehsil-press.az

Oxşar xəbərlər