UFAZ-da “Mühəndislikdə yumşaq bacarıqlar” adlı ödənişsiz təlimlər təşkil olunacaq

UFAZ-da “Mühəndislikdə yumşaq bacarıqlar” adlı ödənişsiz təlimlər təşkil olunacaq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Karyera Mərkəzi “Mühəndislikdə yumşaq bacarıqlar” adlı ödənişsiz təlimlər təşkil edir. Təlim gələcəyin mühəndislərini peşəkar həyata hazırlamaq məqsədi daşıyır.
Qeyd edək ki, təlim mühəndislik sahəsində təhsil alan 3-cü və 4-cü kurs tələbələri üçün nəzərdə tutulub və onları təcrübə proqramlarına, həmçinin müsahibələrə hazırlamaq məqsədi daşıyır. Təlim 4 həftə davam edəcək və həftənin çərşənbə axşamı və cümə günləri, saat 18:30-dan 21:00-a kimi keçiriləcək. Təlim ingilis dilində keçiriləcək.
İştirakçılara “EY Azerbaijan,” Paşa Bank və Azərbaycan HR İnstitutu kimi tərəfdaş şirkətlər tərəfindən sertifikatlar təqdim olunacaq. Qeydiyyat fevral ayının 13-nə qədər davam edəcək və yalnız seçilmiş 40 tələbə təlimdə iştirak haqqı qazanacaq.
Təlimə müraciət etmək üçün namizədlərdən transkript və motivasiya məktubu tələb edilir. Qeydiyyat üçün son tarix fevralın 13-ü müəyyən olunub.
Qeydiyyat üçün keçid: https://forms.gle/2ofz75FMUDBru69k9.
Əlaqə: [email protected].

Tehsil-press.az


Oxşar xəbərlər