
Əməkdaşlıq imkanları barədə fikir mübadiləsinin aparıldığı görüşdə əlaqələrin genişləndirilməsi üçün BANM-də Neftçi Geoloqları Cəmiyyəti bölməsinin yaradılması təklif edilib və təklif müsbət qarşılanıb.
Eyni zamanda, Neftçi Geoloqları Cəmiyyəti tərəfindən BANM-in rektoru Elmar Qasımova “Cəmiyyətin dostu” şəhadətnaməsi təqdim olunub.
1993-cü ildən fəaliyyət göstərən Neftçi Geoloqları Cəmiyyətinin əsas hədəfi gənc geoloq və mütəxəssislərin, həmçinin neft geologiyası elminin inkişafına xidmət göstərməkdir.
Tehsil-press.az