BDU-da “Elsevier” və “Informascope” şirkətlərinin nümayəndələri ilə görüş

BDU-da “Elsevier” və “Informascope” şirkətlərinin nümayəndələri ilə görüş Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları ilə “Elsevier” və “Informascope” şirkətlərinin nümayəndələri arasında görüş keçirilib.
Görüşdə “Elsevier” şirkətinin Türkiyə və Mərkəzi Asiya ölkələri üzrə tədqiqat meneceri Ayhan Akanay Saracoğlu, “Informascope” şirkətinin icraçı direktoru Kıvanç Çınar iştirak ediblər.
Xarici nümayəndələr BDU əməkdaşlarına təmsil etdikləri şirkətlər və onların fəaliyyət istiqamətlərinə dair ətraflı məlumat verib, “Scopus” və “SciVal” məlumat bazaları vasitəsilə BDU-nun tədqiqat performansına dair təqdimat ediblər.
Daha sonra BDU ilə “Elsevier” və “Informascope” şirkətlərinin nümayəndələri arasında əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər