Çində havaların kəskin soyuması ilə əlaqədar xəbərdarlıq elan edilib

Çində havaların kəskin soyuması ilə əlaqədar xəbərdarlıq elan edilib Çinin Milli Meteorologiya Mərkəzi ölkədə gözlənilən şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar ən yüksək dərəcədə xəbərdarlıq elan edib.
Proqnozlara görə, qarşıdakı günlərdə ölkənin əksər hissəsində havanın hərarəti 8-12 dərəcə aşağı düşəcək. Sincan Uyğur və Daxili Monqolustan muxtar rayonlarında, Qansu, Heyloncian, Hunan və Quycou vilayətlərində isə havanın hərarətinin 20 dərəcəyədək enməsi proqnozlaşdırılıb. Soyuq hava kütləsinin təkcə havanın hərarətini endirməyəcəyi, həm də güclü külək, yağıntı və qum tufanı meydana gətirəcəyi gözlənilir.
Artıq fevralın 19-dan etibarən Çinin şimal hissələrində soyuq hava kütləsinin hakim olmağa başladığı müşahidə edilir. Sincan Uyğur Muxtar Rayonunda havanın hərarəti təqribən 20 dərəcə enib, Altay prefekturasının Çinhe qəzasında havanın hərarəti -43,3 dərəcə Selsi olub, bəzi yerlərdə qum fırtınası BAŞ verib.
Milli Meteorologiya Mərkəzi yerli hökumətlərə, müvafiq qurumlara, əhaliyə şaxtalı havanın törədə biləcəyi fəsadlara hazır olmağı, o cümlədən əkin sahələrinin qorunmasına diqqət yönəltməyi tövsiyə edib. Yolların buz bağlayacağı, çovğun olacağı, görmə məsafəsinin azalacağı barədə xəbərdarlıq olunub. Soyuq hava kütləsinin ölkənin şimal hissəsində fevralın 22-dək, cənub hissəsində isə 26-dək hökm sürəcəyi gözlənilir.

Tehsil-press.az


Oxşar xəbərlər