Azərbaycanda qar yağacaq, yollar buz bağlayacaq
Anomal isti hava şəraitindən sonra fevralın 7-dən ölkə ərazisinə soyuq hava kütləsi daxil olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib ki, Bakıda fevralın 7-dək havanın temperaturunun 14-17 dərəcə isti olacağı gözlənilir. Lakin anomal isti hava şəraitindən sonra çox uzun olmasa da, ölkə ərazisinə soyuq hava kütləsi daxil olacaq.
U.Tağıyeva əlavə edib ki, fevralın 7-də axşam saatlarından başlayaraq, şimal-qərb küləyinin sürəti artacaq. Fevralın 8-dən fevralın 10-u səhərədək şimal-qərb küləyinin sürəti saniyədə 30-35 metrədək güclənəcək. Fevralın 9-da havanın temperaturunun enməsi fonunda sulu qar və qar yağacaq.
Respublikanın yollarının, xüsusilə dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.
Tehsil-press.az
- Baxış: 3546
Xəbərin tarixi: 05.02.2020 / 10:00
-
Oxşar xəbərlər
Dağlıq rayonlarda qar yağacaq, yollar buz bağlayacaq
Sabahdan hava soyuyur - Qar, yağış, külək...
İstirahət günləri hava necə olacaq?
Bu gün Bakıda anomal hava olacaq - Meteohəssas insanlar diqqətli olsunlar!
Hava qeyri-sabit keçəcək - qar yağacaq
Bakıda intensiv yağış, rayonlarda qar yağacaq - Xəbərdarlıq
Fevralın 14-nə gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycana qar yağacaq - Xəbərdarlıq
Xəbərdarlıq: Güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir
Hava kəskin dəyişəcək - qar yağacaq, temperatur 6 dərəcə enəcək
Qeyri-sabit hava davam edəcək - yağış, qar yağacaq
XƏBƏRDARLIQ: yağış yağacaq, temperatur 9° enəcək
20 fevralda gözlənilən hava şəraiti
Bu günün havası - qar yağacaq, şaxta olacaq
Bu günün havası - küləkli, qarlı, şaxtalı