Sovetin qadağan etdiyi bayram necə keçirilməyə başlandı? - ARAŞDIRMA + VİDEO

Sovetin qadağan etdiyi bayram necə keçirilməyə başlandı? - ARAŞDIRMA + VİDEO TV-də Novruzun əks olunduğu sovet dövrü Azərbaycan filmlərindən bəhs olunan araşdırma materialı efirə gedib.

Qeyd olunub ki, 1950-ci illərdə Novruz bayramını keçirmək qadağan olduğundan rejissor Hüseyn Seyidzadə “O olmasın, bu olsun” filmində az da olsa, Novruz ənənələrini göstərib.

Film çəkildiyi 1956-cı ildən etibarən hər il martın 21-i axşam saatlarında televiziyada göstərilirdi. “O olmasın, bu olsun” filmi çəkiləndən 13 il sonra Hüseyn Seyidzadə öz arzusuna çataraq “Dəli Kür” filmində Novruz bayramının təsvirinə geniş yer verə bilir.

Qadağalara baxmayaraq, Novruz bayramının rəsmi səviyyədə qeyd olunmasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya məsələləri üzrə katibi, yazıçı Şıxəli Qurbanovun rolu və xidmətləri əvəzsizdir. 1967-cı ildə Novruzun qeyd edilməsi baş tutsa da, növbəti ildə - 1968-ci ildə buna imkan verilməyib.

Bunun nəticəsidir ki, Vəli Axundov və Şıxəli Qurbanov Moskva tərəfindən ciddi təzyiqlərə məruz qalıb. 1969-cu ildə İsmayıl Şıxlının “Dəli Kür” romanı əsasında rejissor Hüseyn Seyidzadə eyniadlı film çəkir.

İsmayıl Şıxlı sadəcə əsərin deyil, eyni zamanda filmin ssenari müəllifi kimi “Dəli Kür” filmində Azərbaycan kino tarixində ilk dəfə olaraq Novruz bayramının təsvirini yaradır və rejissor Hüseyn Seyidzadə filmin bir neçə epizodunda bayram adət-ənənəsini göstərir.

“Dəli Kür” filmindən sonra “Yeddi oğul istərəm”, “Qızıl uçurum” kimi Sovet Azərbaycanı filmlərində də Novruz bayramının təsvirinə yer verilir.



Emil Hacıyevin araşdırmasında:


Tehsil-press.az

Oxşar xəbərlər