Füzulinin kamil insan fəlsəfəsi vətəndaş cəmiyyəti quruculuğuna dəvətdir

Füzulinin kamil insan fəlsəfəsi vətəndaş cəmiyyəti quruculuğuna dəvətdir İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzi və "Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin birgə təşkilatçılığı ilə Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş
“Azərbaycan mütəfəkkiri Məhəmməd Füzuli İslam ədəbi fəlsəfi fikir dünyasının dühası" mövzusunda "Dəvəti Füzuli" adında silsilə ictimai-elmi görüşlər keçirilir. Silsilə görüşlər İslamşünaslıq ETM-nin Azərbaycanda milli dövlətçiliyin güclənməsində islam amili mövzusunda elmi tədqiqat işlərinin planı istiqamətində "Vətəndaş cəmiyyəti quruculuğunda islam həmrəyliyi" işinə müvafiq olaraq təşkil edilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 yanvar 2024-cü il tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd olunması haqqında imzaladığı sərəncama müvafiq olaraq  birgə təşkil olunan ictimai-elmi layihə cəmiyyətdə dahi mütəfəkkirin Azərbaycan ədəbiyyatına və fəlsəfi fikir tarixinə bəxş etdiyi töhfələri geniş əhaliyə çatdırmağa niyyətlənmişdir.
Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii  fikrinin inkişafında müstəsna yer tutan, Şərq ədəbiyyatına mühüm təsir göstərən qüdrətli şair və mütəfəkkirdir. Onun ülvi ideyalarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Füzulinin 500 illik yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə qeyd edilməsi milli-mədəni dəyərlərin və klassik ədəbi irsin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Üç dildə müxtəlif mövzu və janrlarda kamil sənət nümunələri yaradaraq Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatının ən böyük nailiyyətlərini bədii şəkildə ümumiləşdirən Məhəmməd Füzuli ümummüsəlman mədəniyyətinin müştərək yetirməsi və qanuni varisi kimi yüksəlmişdir.
Hər həftənin ikinci günləri  təşkil olunan birgə layihənin məqsədi geniş əhali kütləsi, müxtəlif ali məktəb müəssisələrinin tələbələri arasında mənəvi dəyərlərimizin təbliğinə xidmət etməkdir.

26 mart tarixində təşkil edilən tədbirdə İslamşünaslıq ETM aparıcı elmi işçisi fil.ü f.dok. Yeganə Mirzəyeva (İbrahim), AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçiləri - fəl.ü.f.dok., dosent İradə Zərqan və fəl.ü.f.dok, dosent Mətanət Şəkixanova,  ADU "Azərbaycan dilçiliyi" kafedrasının müəllimi Günel Ələkbərova, Şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin həyat yoldaşı Gülnarə Baxşəliyeva, ictimai birliyin üzvləri və müxtəlif ali təhsil müəssisələrindən müəllim və tələbələr iştirak etmişdir.
 
Tədbrin moderatoru "Cığır" İB-nin "Strateji təhlil və planlaşdırma" departamentinin sədri Elbəy Əliyev qonaqları salamlayaraq belə bir şəxsiyyətin dühası ilə görüşlərin vətəndaş cəmiyyəti quruculuğunda vacib cığır olduğunu vurğulamışdır.

Görüş dahi mütəffəkirin "Rindü-Zahid" əsərinin şərhi əsasında təşkil edildi. Hər kəsə Füzuli dəryasından misralar hədiyyə olundu.

Füzulinin kamil insan fəlsəfəsi vətəndaş cəmiyyəti quruculuğuna dəvətdir
Füzulinin kamil insan fəlsəfəsi vətəndaş cəmiyyəti quruculuğuna dəvətdir
Füzulinin kamil insan fəlsəfəsi vətəndaş cəmiyyəti quruculuğuna dəvətdir
Füzulinin kamil insan fəlsəfəsi vətəndaş cəmiyyəti quruculuğuna dəvətdir
Füzulinin kamil insan fəlsəfəsi vətəndaş cəmiyyəti quruculuğuna dəvətdir
Füzulinin kamil insan fəlsəfəsi vətəndaş cəmiyyəti quruculuğuna dəvətdir
Füzulinin kamil insan fəlsəfəsi vətəndaş cəmiyyəti quruculuğuna dəvətdir


Tehsil-press.az

Oxşar xəbərlər